
Ermənistanın baş naziri Nikol Paşinyan may 9 Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.
Aznews.tv-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, Paşinyan “Şuşa şəhərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasına həsr olunan bayram şənliklərində iştirak edəcək”.
Bundan əlavə, o həmçinin 1941-45-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsi ilə bağlı Qələbə gününə həsr olunmuş tədbirlərdə də iştirak edəcək.
Xatırladaq ki, Azərbaycanın qədim tarixi-mədəni mərkəzi olan Şuşa şəhəri artıq 27 ildir ki Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Aznews.tv