
“ANT” “Globalinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr yazır ki, Britaniyanın bütün kəşfiyyat agentlikləri və hərbi strukturları bu məlumatların Kiyevə ötürülməsini qadağan edən əmrlər alıblar.
Məlumata görə, hətta Avstraliya və Yeni Zelandiya kimi ölkələr də müharibə başladıqdan bu günə kimi Kiyevlə kəşfiyyat məlumatlarını bölüşüb. Vaşinqtonun bu addımının Ukraynanın Rusiyanın davam edən hücumundan müdafiə qabiliyyətinə təsir göstərə biləcəyi vurğulanır.
Sözügedən qadağa Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat bölmələri və GCHQ kimi məlumat ötürən agentliklərinə aiddir.
Qeyd edək ki, bundan öncə Amerikanın Ukraynaya hərbi yardımı dayandırdığına dair məlumatlar yayılıb. Ağ Evdə Donald Trampla yaşanan mübahisədən sonra Böyük Britaniyanın da təzyiqləri nəticəsində artıq Ukrayna Prezidenti Volodimir Zelenskinin mineral ehtiyatlarla bağlı sazişi imzalamağa hazır olduğu bildirilir.