
Qeyd edək ki, həbsindən bir neçə gün sonra martın 2-də 5 illik həbs cəzasının icrası ilə bağlı rəsmi bildiriş yayılsa da, Təbriz zindanındakı məhkəmə orqanlarının davranışı bu azərbaycanlı milli fəala qarşı yeni saxta işin yaradılmasının mümkünlüyündən xəbər verirdi.
Bazar ertəsi, fevralın 19-da Urmu Kəşfiyyat Qüvvələri tərəfindən iş yerində həbs edilən və ertəsi gün də Təbriz Kəşfiyyat İdarəsinə təhvil verilən Salar Taher Əfşar hələ də həbsdədir. İnsan haqları fəalları və insan haqları təşkilatları dəfələrlə azərbaycanlı milli fəallara qarşı məhkəmə və təhlükəsizlik təzyiqlərinin artmasından narahatlığını bildirib və ifadə azadlığına çağırıb.