
Urmu gölünə sədd sularının buraxılması keçən ilin eyni dövrü ilə müqayisədə 10 qat azalıb. Bunu Urmu Gölünün Ehya Sitadının Əyalət üzrə Dəftər rəisi Fərhad Sərxoş deyib. O bildirib ki, ötən il ərzində sədlərdən 1 milyard 200 milyon mükəəb-metr su gölə buraxılıb. Məlumata görə, cızılmış bərnamələrdə sədlərdən 640 milyon mükəəb-metr suyun gölə buraxılması nəzərdə tutulub. Ancaq bu il həmin göstərici 165 milyon mükəəb-metr olub. Havanın istiləşməsi ilə gölün su səthinin daha da azalacağı bildirilib. Hazırda gölün tarazı 271 metr 43 santimetrə, həcmi isə 3 milyard 810 milyon mükəəb-metrə çatıb.