
Türkiyə ilə həmsərhəd Rəsulayn şəhərindəki müxalif Suriya Milli Ordusunun nəzarət-buraxılış məntəqəsinə terror hücumu nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.
Suriya şəhərinin girişindəki nəzarət məntəqəsində bomba yüklü avtomobil partladılıb.
Terror hücumunun YPG / PKK terror təşkilatının yaraqlıları tərəfindən törədildiyi ehtimal olunur.
Rəsulayn şəhəri 12 oktyabr 2019-cu ildə Türkiyənin dəstəyi ilə həyata keçirilən “Sülh mənbəyi” əməliyyatı zamanı terrorçulardan azad edilib.