
Güney azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi həbsxanadan çıxıb.
Tehranın Evin həbsxanasında 2 illik həbs cəzasını çəkən Behnam Şeyxi dünən, juənin 15-də 3 günlük mürəxəsiyə buraxılıb.
Qeyd edək ki, uluslararası Ana Dili Günü tədbirlərində iştiraka görə həbs edilmiş Əlirza Fərşi və Tohid Əmirəmini hələ də “Böyük Tehran” və “Evin” həbsxanalarında cəza çəkirlər.
Behnam Şeyxi hazırda Ərdəbil həbsxanasında 6 aylıq həbs cəzasını çəkən milli fəal Mehrdad Şeyxinin böyük qardaşıdır.