Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Muğanda media fəalı peşə fəalliyyətinə görə saxlanılıb

O, bölgədə su çatışmazlığı barədə reportaj hazırladığına görə təzyiqlərə məruz qalıb.

Media fəalı, fotojurnalist Ətabək Sepehri Ərdəbil əyalətinin Muğan bölgəsinin Oltan şəhərində su çatışmazlığı barədə reportaj hazırladığı üçün təzyiqlərə məruz qalıb.

Su qıtlığı və suyun uzun fasilələrlə verilməsi nəticəsində yerli əhalinin günlərlə içməli su tapmadıqları, kənd təsərrüfatı sahəsindəki fəaliyyətlərinin iflic olduğu barədə paylaşımlar edən fəal özünün sosial media hesabında paylaşım edib.

“Kənd Təsərrüfatı Araşdırmaları İdarəsinin mühafizə bölməsinin əməkdaşları məni bir saat dindiriblər. Fotoaparatı araşdırıb və sənin bu məsələni ictimailəşdirməyə haqqın yoxdur deyə təhdid ediblər. Bu gün Oltanda idi və bu gün Oltan Kərbəladı”-deyə, güneyli fəal Ətabək Sepehri instaqram hesabında paylaşım edib.

Qeyd edək i, Ətabək Sepehri bundan öncə mədəni və media fəaliyyətlərinə görə, dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button