
Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədəni sahəsinin 20 illik dövrünün peyk görüntüləri bu sənaye müəssisəsinin ətrafındakı geniş meşələrin qırılmasından xəbər verir.
Məlumata görə, gələcəkdə bu dəyişikliklərlə bölgədə iqlimdə, əkin növü və kənd təsərrüfatı sahəsində bir çox problemlər yaranacaq.
Qeyd edək ki, Süngün mədənin rəhbərliyi bu il 400 hektar ərazidə ağac əkməyi öz üzərinə götürsə də, bu planın böyük bir hissəsi gerçəkləşməyib. Molla rejimi Azərbaycanla bağlı heç bir yaxşı layihəni həyata keçirmir və belə layihələr kağız üzərində qalır.