
Onun saxlanma səbəbi məlum deyil.
Vahid Qədirzadə bundan əvvəl 2018-ci ildə Ərdəbildə metroda gül-çiçək səpdiyinə, insanlarla söhbət etdiyinə görə “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilərək Evin həbsxanasına aparılmışdı. O, “qruplarla birləşmək və əlbir olmaq” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya məhkəməsinə müraciət edildikdən sonra bu cəza 1 il 6 aya endirilmişdi.
Qədirzadə bir ilə yaxın həbs cəzasını çəkdikdən sonra Evin həbsxanasından şərti olaraq azad edilmişdi.