
Bosniya və Herseqovinaya səfər edən Ərdoğan burada mətbuata açıqlama verib.
Yunanıstanın son zamanlar atdığı təhrikedici addımlara münasibət bildirən Ərdoğan qeyd edib ki, Türkiyənin də səbrinin sonu var:
“Bizə qarşı bu cür qeyri-qanuni təhdidlər davam etsə, səbrimizin də bir sonu var. Bax o səbrin sonu gəldiyi zaman deyirik ki, səbrin sonu salamatlıqdır. Biz də o salamatlığı gördüyümüz anda lazım olanı edərik. Bunu Yunanıstanın da bildiyinə inanıram”.