Dünya

Ərdoğan və Putin Zəngəzur dəhlizini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizi də müzakirə olunacaq. Bu barədə “Hürriyet” nəşri yazıb.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın gözlənilən görüşü zamanı Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələr, Taxıl Sazişinin bərpası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eyni zamanda,  Zəngəzur dəhlizi müzakirə ediləcək.

Müzakirələrdə Suriya məsələsi də yer alacaq.

Qeyd edək ki, Putinin Türkiyəyə səfəri avqust ayı ərzində baş tutacaq.  Səfərin dəqiq tarixi isə hələ açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button