Dünya

Ərdoğan: “Bölgədəki sabitliyə töhfə verməyə davam edəcəyik”

Türkiyənin Avropa Birliyi ilə gələcəyini bir neçə dövlətin ambisiyaları ilə sıx əlaqələndirmək səhv yanaşmadır.
Bu fikri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa-Akhisar dairəvi yolunun açılış mərasimində səsləndirib. Dövlət başçısı bildirib ki, Ankara həmişə konstruktivliyi və Avropa Birliyi ilə fikir ayrılıqlarını danışıqlar masasında aradan qaldırmaq istəyini nümayiş etdirib.
“Türkiyəni uzaqlaşdırmaq, təcrid etmək və cəzalandırmaq cəhdləri heç nəyə səbəb olmayacaq. Ankara ədalətli fəaliyyəti və milli maraqlarını müdafiə edir. Avropa Birliyinin mövqeyindən asılı olmayaraq, Türkiyə bölgədəki sülh və sabitliyə töhfə verməyə davam edəcək”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button