“Türkiyənin Afrikadakı fəaliyyəti hər kəsə bəllidir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqola dövlət başçısı Joao Manuel Gonçalves Lourenço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Buradakı 43 səfirliyimizlə birlikdə bütün Afrika ölkələri ilə münasibətlərimizi qarışılıqlı hörmət və qarşılıqlı qazanc prinsipi ilə davam etdiririk. Bu fəaliyyətimizi bütün bölgədə sabitliyi qorumaq yönündə davam etdirəcəyik”.