
Bu gün Türkiyənin prezidenti Rəcəp Tayip Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra amerikan əsgərlərinin Suriyanın şimal-şərqinin bəzi bölgələrini tərk etməyə başladığını bildirilb.
Aznews.tv xəbər veriri ki, Ərdoğan Turkiyənin ABŞ-la bu istiqamətdə danışıqlarının davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, dünən Ağ Ev Türkiyənin yaxın zamanda Suriyanın şimalında təhlükəsizlik zonası yaratmağa başlayacağını və ABŞ-ın bu işə qarışmayacağını bəyan edib.
Həmçinin Ərdoğan noyabrın ilk yarısında Vaşinqtona səfər etməyini və Trampla görüşmək istədiyini deyib.
“Müzakirə olunacaq məsələlər arasında təhlükəsiz zona və F-35 qırıcıları ilə bağlı problem yer alacaq”, – deyə Ərdoğan əlavə edib.
Aznews.tv