
Bu barədə onun qardaşı Həsən Şənbəzadə məlumat yayıb.
“Qardaşım qısa telefon əlaqəsi zamanı həbs olunduğunu desə də, harada saxlanıldığını bildirə bilməyib”, – deyə fəalın qardaşı bildirib.
Onun həbs səbəbi barədə məlumat verilməsə də, Şəmbəzadənin sosial mediadakı paylaşımlarına görə saxlanıldığı ehtimal olunur.
Ərdəbilli fəal bundan əvvəl də sosial mediadakı paylaşımlarına görə həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Bundan əvvəl o “hökumətə qarşı təbliğat” və “rəhbəri təhqir etmək”də günahlandırılıb.