![](https://www.aznews.tv/wp-content/uploads/2022/10/3346a608-cbb1-400b-846c-0f119911f0d4-780x470.jpg)
Bu gün Ərdəbildə bir qrup Güney azərbaycanlı milli fəal polis tərəfindən ciddi təhlükəsizlik tədbirlərni görülməsinə baxmayaraq, “Əsra Pənahi, Ərdəbil Qızı”-nın xatirəsini yad edib, onun qanının yerdə qalmayacağını, qisasını alacaqlarını və bu zülmə son qoyacaqlarını bəyan ediblər.
Qeyd edək ki, bir neçə gün öncə Ərdəbil şəhərində yerləşən “Şahed” adına orta məktəbə əmniyyət güclərinin hücumu nəticəsində məktəbin şagirdi Əsra Pənahi həyatını itirib.