![](https://www.aznews.tv/wp-content/uploads/2022/11/rd-billi-milli-f-al-h-mm-d-olani-m-v-qq-ti-azad-edilib-0-1667367290-780x470.jpg)
Milli fəal Məhəmməd Colani, noyabrın 1-də müvəqqəti olaraq məhkəməyə qədər Ərdəbil zindanından sərbəst buraxılıb.
Hakim Kamyar Səlimin sədrliyi ilə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində aparılan məhkəmə prosesinin ilkin mərhələsində ərdəbilli fəala qarşı “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək əlbir olmaq və toplaşmaq” ittihamı irəli sürülüb.
Məhəmməd Colani oktyabrın 1-də Ərdəbil-Səreyin yolunda məmurların hücumuna məruz qalıb və avtomobillərinə atəş açılaraq saxlanılmış, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra oktyabrın 4-də Ərdəbil zindanına köçürülmüşdür.
Qeyd edək ki, Yaşar Əkbərzadə müvəqqəti buraxılsa da, daha 6 milli fəal, Əsgər Əkbərzadə, Meysəm Colani, Yusif Kari, Firuz Moini, Səccad Qane Müqəddəm hələdə Ərdəbil zindanında saxlanılırlar.