Sözügedən bölmənin hakimi Kamiyar Səlim Firuz Moininin “İslam Respublikasına qarşı təbliğat aparmaqda” ittiham olunduğunu bildirib və ondan son müdafiəsini təqdim etməsini istəyib.
Oktyabrın 5-də Ərdəbil şəhərində özünün iş yerində təhlükəsizlik məmurları tərəfindən döyülərək həbs edilən milli fəal Firuz Moini noyabrın 3-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.