İmarət Qacarlar çağında tikilib. Binadan 1948-ci ildə kütləvi qəhətlik və aclıq zamanı Ərdəbil əhalisinə yardım üçün istifadə olunub.
Siyasi tarixçəyə də malik tikili 2019-cu ilin oktyabrında Respublikanın Milli Abidələr Siyahısına salınıb.
Lakin hal hazırda baxımsızlıqdan kəpicləri tökülür. Tavanında xırda-iri çatlar əmələ gəlib. Həmçinin pilləkənləri tökülüb və pencərə şüşələri qırılıb.
Ərdəbil əhalisi bu tarixi və dəyərli tikilinin qorunması məqsədi ilə problemlərin qaldırılmadığından gileylənir.
Ərdəbil Əyaləti Mədəni İrslər, Turizm və Əl Sənayesi Baş İdarəsinin direktoru Həsən Məhəmmədi Ədib binanın təmirinə qanuni problemləri barədə danışıb
“imarətin varisləri ilə razılaşmaq barədə yekun iş məhkməyə göndərilib. Məhkəmə bu tarixi abidənnin təmir işləri ilə qorunması və yaxud onun münasib qiymətə varislər tərəfindən idarəyə satılması üçün qərar çıxaracaq.”-deyə Ədib bildirib.
Tikinin tarixçəsinə misal olaraq Məşrutə Hərəkatı zamanı ruslar binanı mühasirəyə alıb. Səttar Xanın silahdaşı və siyasətçi Hacı Babaxan Ərdəblinin cəhdləri ilə imarətdə olan İsmayıl Bəy Şirvanlı mühasirədən azad olunub.