İqtisadiyyatİran

Ərdəbilin 2 sayli sənaye şəhərciyində durum acınacaqlıdır

Bu il Ərdəbilin 2-ci əsəti şəhrəki təsfiyəxanasının 2-ci fazı təkmilləşdiriləcək. Bunu Ərdəbil əyaləti Sənaye Şəhərciklərinin müdiri Əhli bildirib. Məsələ ilə bağlı Tolidin Asanlaşması və Müşkülləri Qaldırma Sitadının toplantısında məlumat verilib. Əhlinin sözlərinə görə, təsfiyəxananın birinci fazının istifadəyə verilməsindən 10 il keçib. Ötən il ikinci fazın salınması ilə bağlı işlərə başlanılıb və yüzdə 60 irəliləyiş var. Qarşıdakı 3 ayda projənin bitməsi gözlənilir. 2-ci Faz-a isə 6 milyard tümən dəyərində gərəkən təchizat alınacaq. Bu projənin bitirilməsi üçün 10 milyard tümən etibar ayrılmalıdır. “Savalan Parça Karxanasının tullantı suları ikinci Fazın salınma gedişatına təsir göstərir. Buna görə də karxanaya ayırıca xətt çəkilməlidir”,-deyə Ərdəbil əyaləti Sənaye Şəhərciklərinin müdiri bildirib. Qeyd edək ki, Əhlinin müsbət açıqlamalarına baxmayaraq, sözügüdən şəhrəkdə iş sahiblərinin narazılığı günü-gündən çoxalır. Bununla da vəziyyət deyilən yox, göründüyü kimi daha da pisə doğru irəliləyir.

Related Articles

Bir cavab yazın

Back to top button