Site icon Aznews TV

Ərdəbildən olan keçmiş siyasi məhbus Vahid Qədirzadə yenidən həbs olunub

 Onun saxlanma səbəbi məlum deyil.

Vahid Qədirzadə bundan əvvəl 2018-ci ildə Ərdəbildə metroda gül-çiçək səpdiyinə, insanlarla söhbət etdiyinə görə “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilərək Evin həbsxanasına aparılmışdı. O, “qruplarla birləşmək və əlbir olmaq” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya məhkəməsinə müraciət edildikdən sonra bu cəza 1 il 6 aya endirilmişdi.

Qədirzadə bir ilə yaxın həbs cəzasını çəkdikdən sonra Evin həbsxanasından şərti olaraq azad edilmişdi.

Exit mobile version