Site icon Aznews TV

Ərdəbildə tarixi bina dağılmaq üzrədir

Tarixi tikili Rusiya səfirliyinin Ərdəbildəki mədəniyyət məsələləri üzrə nümayəndəsi İsmayıl bəy Şirvaniyə məxsus olub.

Bina 2019-cu ilin dekabr ayında İranın Tarixi Abidələrin Qeydiyyat İdarəsinin mütəxəssislərinin razılığı ilə ölkənin milli abidələri siyahısında qeydə alınıb.

Ancaq buna baxmayaraq, təmiri, bərpası və qorunması üçün vəsait ayrılmadığına görə tarixi ev dağılmaq üzrədir.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

#Ardebil

Exit mobile version