Fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasına köçürülüb.
M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, notbuk müsadirə edilib. Fəalın həbs səbəbi və ittihamları barədə açıqlama verilməyib.