Abbas Lisaninin evində keçirilən görüşdə Güney Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Təbrizdən gedən fəallar Azərbaycan gündəmdə olan məsələlərini müzakirə ediblər.
Abbas Lisani müxtəlif məsələlərlə bağlı sualları cavablandırıb və öz fikirlərini paylaşıb.
Fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” fevralın 23-də Ərdəbilə geri dönüb.
Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.