Azərbaycanİran

Ərdəbildə güneyli fəallar divarlara etiraz şüarları yazır

Azərbaycanlı milli-mədəni fəallar Ərdəbil şəhərində divarlara şüarlar yazaraq, rejimin məktəb şagirdlərini, universitet tələbələrini və vətəndaşları həbs etməsinə etiraz ediblər.

Güneyli fəallar divarlara “Universitet qətlgah deyil”, “Öyrəncini müdafiə etmək cinayət deyil”, “Qadınlara qarşı repressiyaları dayandırın”, “Azadlıq, Ədalət, Mili Hökumət”, “Azərbaycanlı siyasi məhbuslara azadlıq”, “Səhəri axtaran gecədən qorxmaz”, “Ölüm olsun Xameneyiyə” və s. şüarlar yazıblar.

Xatırladaq ki, molla rejimi Güney azərbaycanlı öyrəncilərin, şagirdlərin və etirazçıların qatıldığı mitinqləri qana boğub və çox sayda azərbaycanlı fəalı həbsə atıb.

Related Articles

Bir cavab yazın

Back to top button