Azərbaycanİran

Ərdəbildə doğum sayı azalıb

Son illər Ərdəbildə doğum sayının azalması və cəmiyyətin sürətlə qocalması qeydə alınıb.

Bu barə Ərdəbilin Tibb Elmləri Universitetinin müəllimi cəmiyyət və ailə məsələləri üzrə dirrektor müavini Leyla Məsudi məlumat verib.

“2019-ci ildə Ərdəbil əyaləti əhalisinin orta doğuş nisbəti təxminən 1,8% idisə, hazırda bu 1,6%-ə qədər azalıb. Bu da ölkə üzrə orta göstərici olan 1,7% faizdən azdır”, -deyə, o bildirib.

Qeyd edək ki, son illər Ərdəbil əyalətində cəmiyətin artımının mənfi göstəriciləri, boşanma sayının çoxalması və ölüm sayının doğum sayını üstələməsi ilə bağlı problem dəfələrlə müzakirə edilib və əyalətin Qeydiyyat İdarəsi təhlükə barədə xəbərdarlıq edib.

Ərdəbil əyalətinin əhalisi ilə bağlı son 9 ay müddətində ölkə üzrə verilən ümumi statistikada 12476 doğum və 7393 ölüm faktı göstərilir.

Buna baxmayaraq, yerlərdəki Qeydiyyat İdarələri və əyalətin Qeydiyyat İdarəsinin verdiyi statistika ötən ilin eyni dövrü ilə müqayisədə Ərdəbil əyalətinin cəmiyyət artımının 7,4% azaldığını göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button