Azərbaycanİran

Ərdəbildə ana dili günü ilə bağlı aksiya keçirildi

21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlərin davamında Ərdəbil şəhərində yeni aksiya keçirilib.

Mədəni fəallar şəhərin əksər küçələri və ictimai yerlərində ana dili ilə bağlı yazılı vərəqələr yayıblar.

Vərəqələrdə İran hakimiyyətinin son 100 ildə qeyri-fars xalqlara və onların dilinə qarşı ayrı-seçkilik siyasəti barədə yazılıb.

Bununla yanaşı, mərkəzi hakimiyyətin assimilyasiya siyasətinə baxmayaraq, Azərbaycan milli hərəkatının gücləndiyi, azərbaycanlıların tapdalanmış hüquqlarının tələbi ilə bağlı fəaliyyətlərin gündəmə gətirildiyi qeyd edilib.

“Xalqın oyanmış övladları Azərbaycan milli hərəkatı timsalında fars faşizminin amansız hücumlarına qarşı dinc, sivil və yorulmaz mübarizəyə başlayıb və Azərbaycan xalqının tapdalanan hüquqlarının əldə edilməsinə çalışırlar”,- yazılı vərəqələrdə bildirilib.

Qeyd edək ki, bir neçə gündür “Kimlik qalamız, ana dilimiz” şüarı altında Güney Azərbaycanın müxtəlif bölgələrində mədəni aksiyalar keçirilir, uşaqlara Azərbaycan dilində kitablar paylanılır.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildir ki, bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.

Related Articles

Bir cavab yazın

Back to top button