Azərbaycanİran

Ərdəbil şəhəri küçələrində məhbus aktivistin poster və qrafit şəkili həkk olunub

Ərdəbil şəhərinin Azərbaycan milli hərəkatı aktivistləri məhbus rəssam Mürtəza Pərvinin azad olunması tələbi ilə onun poster və qrafit şəkillərini şəhərin küçələrində həkk ediblər.

Mürtəza Pərvinin Tehran şəhəri Evin Həbsxanasında aclıq aksiyasına dəstək olmaq məqsədi ilə şəhərin küçələrində  müxtəlif şüarlar, o cümlədən “Evin Həbsxasında aclıq aksiyası keçən aktivisti himayə edək” və “rəssamların yeri həbsxana deyil” dərc olunub.

Həmçinin digər məhbus güneyli aktivistlərə dəstək mqəsədi ilə “Azərbaycan milli hərəkatı aktivistlərinə azadlıq” və “həbsxana barmaqlıqları bizi ayıra bilməz” və sair şüarlar şəhərin divarlarında yazılıb.

Xatırladaq ki, güneyli rəssam və aktivist Mürtəza Pərvin qanunsuz saxlanıldığına, müstəntiqlərin və məmurların təzyiqlərinə etiraz olaraq 5 gündür ki, aclıq aksiyasına başlyıb.

Related Articles

Bir cavab yazın

Back to top button