Fərhəngi Miras, Turizm və Əl Sənayesi Vəzirliyinin Turizm müavini Vəli Teymuri bildirib: “Ərdəbil 2023-cü ildə ECO-ya üzv ölkələrin turizm paytaxı seçilib.”
Vəli Teymuri Tacikistan ölkəsində Doşənbə şəhərinin 2020 və 2021-ci illərdə İqtisadi Əməkdaşlıqlar Təşkilatının (ECO) turizm paytaxtı seçildiyinin anım Vebseminarında bölgə və qonşu ölkələrin turizm əməkdaşlıqlarının artırılması zəruriliyinə təkid edib.
O, habelə bu Vebseminarla yanaşı keçirilən ixtisaslaşmış Kənd Turizmi konferansında deyib: “Öngörülərə və turistlərin davranışşüsanlıqlarının öyrənməsinə əsasən koronadan sonraki çağlarda turizm igiləri bölgə şəklində və qonşu ölkələrlə olacaq. Ona görə də koronadan sonraki dövr daha önəm daşıyacaq. Bu səbəbdən ECO ölkələrinin bölgə üzrə turizm əməkdaşlıqlarına təkid edirik.”
Teymuri habelə vurğulayıb: “bu yığıncaq İranın turizm vəzirliyinin Tacikistana səfəri ilə 98-ci ildə razılaşmaların davamı olaraq keçirilir. Həmin ildə Doşnəbə, ECO ölkələrinin 2020 və 2021-ci il üzrə paytaxtı, İranın Sa:ri şəhəri 2022-ci il, Ərdəbil şəhəri isə 2023-cü il üzrə İqtisadi Əməkdaşlıqlar Təşkilatının (ECO) turizm paytaxtı seçiliblər. ”
İqtisadi Əməkdaşlıqlar Təşkilatının (ECO) 10 üzvü- İran, Türkiyə, Azərbaycan, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan olmaqla bölgə və bölgədən qıraq ticarətin artırılması eləcə də davamlı iqtisadi gəlişmə, yaşam səviyyəsi, millətin riafhı üçün şəraitin yaxşılaşması hədəfi ilə təsis olunub və İranda dəbirxanası olan bircə uluslararası təşkilatdır.