Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi bu yaxınlarda Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda husilərin əl-Hudeydə limanından hərbi məqsədlər üçün istifadə etməsinin araşdırıldığını vurğulayıb.
“Aznews tv” xəbər verir ki, bu barədə Ərəb koalisiyasının mətbuat xidməti fevralın 18-də məlumat yayıb.
Məlumata görə, Yəmənin qanuni dövlətini dəstəkləyən Ərəb koalisiyası İranın dəstəklədiyi husi proksi (niyabəti) qruplaşmasının bomba yerləşdirdiyi gəmini Qırmızı dənizin cənubunda vuraraq zərərsizləşdirib.
Ərəb koalisiyasının bəyanatında habelə qeyd olunub ki, husi yaraqlıları əl-Hudeydə limanından bomba yerləşdirilmiş qayıqlarla hücum əməliyyatları həyata keçirmək üçün baza olaraq istifadə edirmişlər.
Qeyd edək ki, İranın maddi və silah-sursat yardımı ilə dəstəklədiyi husi qruplaşmasının əl-Hudeydə limanından hərbi məqsədlər üçün istifadə etməsi azad gəmiçiliyi və dünya ticarətini təhdid edir.