Elm & Texnologiya

“ƏPEL”NİN SİSTEMİNDƏ BOŞLUQ TAPANA PUL ÖDÜLÜ VERİLDİ

“Əpel” şirkəti istifadəçilərinin müxtəlif tətbiqlərdə şəxsi məlumatlarını qoruyaraq və daha asan bir şəkildə qeydiyyatdan keçmələri üçün hazırladığı “Apel ilə qeydiyyatdan keç” sistemində təhlükəsizlik boşluğunu tapan şəxsə 100 min dolar ödül verib.
Boşluğu tapan şəxs hindistanlı proqram təhlükəsizliyi üzrə mütəxəssis Bhavuk Jaindir. O, bu barədə mayın 30-da şəxsi saytında məlumat paylaşmışdı.
Əpel-ın 2019-cü ildə təqdim etdiyi sistemin sanki istifadəçi məlumatlarını ifşa etmədən qeydiyyatdan keçməyi təmin etdiyi bildirilmişdi. Ancaq mütəxəssisin tapdığı boşluq onu göstərib ki, təkcə İmeyl adresindən istifadə etməklə bu metodla açılmış hesabı ələ keçirmək olur.
Əpel bu uyarıdan sonra sistemindəki çatışmazlığı aradan qaldırıb. Jain isə daha sonra boşluğu necə tapdığını açıqlayıb.
***

Related Articles

Bir cavab yazın

Back to top button