Bu barədə yerli sosial media kanalları məlumat yayıb.
İyulun 8-də İran Ədliyyə Sisteminin elektron poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Əmir Bədridən 5 gün ərzində Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsində olması istənilib,- məlumatda deyilib.
Çağırış vərəqəsində mədəni fəalın “hökumətə qarşı təbliğat”da günahlandırıldığı qeyd olunub.
Əmir Bədri Təbriz Universitetinin metallurgiya ixtisasında təhsil alıb və təhsil zamanı tələbə hərəkatının fəallarından olub.