İran pilotsuz uçan aparatın (PUA) yanında olan və ölkənin sərhədlərini pozan ABŞ-ın P8 patrul təyyarəsini vurmağa yazığı gəlib.
Aznews.tv-nin verdiyi məlumata əsasən, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kosmik-hava qüvvələrinin komandanı Əmir Əli Hacızadə deyib.
“PUA ilə birlikdə orada ABŞ P8 paturl təyyarəsi var idi. Təyyarədə 35 nəfər insan olub. Biz onu da vura bilərdik, lakin vurmadıq. Sadəcə PUA-nı vuraraq ABŞ terror qüvvələrinə xəbərdarlıq etdik”, – deyə Ə.Ə.Hacızadə bildirib.
Qeyd edək ki, iyunun 20-si İran tərəfi ölkənin cənubunda vurulan ABŞ PUA-nın qalıqlarını nümayiş etdirib.
Rəsmi Tehran bildirib ki, qalıqların İran ərazisində aşkar edilməsi PUA-nın İranın dövlət sərhədlərini pozduğunu sübut edir.
Aznews.tv