
İşçilərin maaşlarının cəmi 15% qaldırılması onların dolanışıq problemini həll etmir.
Bu il maaş 41-ci maddənin nə 1-ci bəndinə, nə də 2-ci bəndinə uyğun deyil və bu, o deməkdir ki, qanuni minimumlara belə əməl edilməyib” .
Tehran vilayətinin İslami Əmək Şurasının Koordinasiya Mərkəzi bildirib ki, 3 nəfərdən ibarət ailənin dolanışıq səbətinin aylıq dəyəri 23,5 milyon tüməndir (~360 dollar). Lakin hal-hazırda işçilərin minimum əməkhaqqı 11 milyon 500 min tüməndir (~175 dollar).