İran

Əlirza Fərşinin həyatı təhlükədədir

Milli fəalın saxlanıldığı zindanda koronavirus yayılıb

Güneyli mədəni fəal Əlirza Fərşinin həyatı təhlükə qarşısındadır. Onun saxlanıldığı “Böyük Tehran zindanı”nda koronavirus yayılıb. Ən azı 10 məhbusun koronavirusa yoluxduğu bildirilir.

ANT-ə çatan xəbərə görə, bundan iki ay öncə də Fərşinin bənd yoldaşlarından biri koronavirusa yoluxduğu üçün mərizxanaya köçürülüb, milli fəalın həyatı ilə bağlı narahatlıqlar artmışdı.
İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Əlirza Fərşinin saxlanıldığı həbsxanada məhbuslar bir çox çətinliklərdən inciyiriər.

Əlirza Fərşinin göz sol gözündən əlavə diyanet mərizliyi də vardır.
O Saxlanıldığı zindanda bir çox əsas şərait, o cümlədən içməli su, sağlıq xidmətləri və normal yemək çatışmazlığı onun durumunu daha da ağırlaşdırır.

Hazırda Fərşinin yerləşdirildiyi otaqda 50 məhbusun quru yerdə yatdığı qeyd olunur.

“İçməli suyun keyfiyyəti çox aşağıdır, yemək çatışmazlığı var. Məhbuslar su və ərzaq məhsullarını özləri pulla alıb və zindanın təkcə bir qaz ocağı olan mətbəxində bişirmək zorundadılar”-deyə, məhbuslardan birinin ailəsi bilgi verib.

Related Articles

Bir cavab yazın

Back to top button