Güney azərbaycanlı siyasi məhbus Əliriza Fərşinin məhkəmə toplantısı keçirilib. Belə ki, toplantı öncədən heç bir məlumat verilmədən baş tutub. “Böyük Tehran” zindanında saxlanılan fəal Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsinə aparılıb. Toplantı bu gün saat 10:00-da keçirilib. Öncədən bildiriş göndərilmədiyi üçün fəalın vəkili toplantıda iştirak edə bilməyib.
Qeyd edək ki, Əliriza Fərşi 2 illik həbs cəzasına məhkum edilib. O, 2014-cü ildə Tehran şəhərində Beynəlmiləl Ana Dili Günü mərasimində iştirak etdiyi üçün saxlanılıb. Fəal bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılıb.
Əliriza Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli əmniyyətini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək”də təqsirləndirilib. Bu ittihamla ona 15 illik həbs və Ələhvaz vilayətində 2 illik sürgün cəzası verilib. Bu cəza daha sonra Tehranın Təcdid-nəzər Məhkəməsinin 54-cü şöbəsinin rəisi tərəfindən 2 il həbs və 2 il sürgün cəzası ilə əvəzlənib.
Əliriza Fərşinin məhkəmə iclası keçirilib
