İranda yaşamanın çox ağır bədəlləri var. Ayrıseçkilik və ədalətsizliyin birinci görünən bölümü də Türklərin öz Ana dilində təhsil ala bilməməsidir. Ayrıntıları süjetimizdə..
Korona mərizçiliyi gələr vaksən və dava dərman tapılmaz. Havanın istisində günümüzün ən təməl ehtiyacları olan içmə suyu və elektirik tapılmaz. İnsanı ayrı varlıqlardan ayıran düşüncə və ifadə azaldığı desəniz İranda əl çatmaz bir dilək kimidir. Bütün bu haqsızlıqlar uzun illərdir var və demokrasi və azadlıq düşmanları hələ ki istədiklərini edib millətə təhmil eləməkdə başarılı olublar. Bu ortamda millətin qayğısını çəkənlər ədalətsizliyə yox deyib haq dalıınca gedənlər də az olmayıb. Azərbaycanda millətin məruz qaldığı zülüm Fars olanlara görə qat qat daha çox olduğuna görə duruma etiraz etmək də təbii haqdır. Ayrıseçkilik və ədalətsizliyin birinci görünür bölümü də elə Türklərin Ana dilinə olan zülümdür. Əslində Ana dilində təhsil istəmək təkcə bir kültürəl istək yox ki eyni zamanda bir azadlıq və ədalət istəyidir. Zalimin qarşısında durub millətin haqqını istəməkdir. On milyonlarca Türkün Ana dilini yasaqlamaq əslində insanların bütün varlığına açılmış bir savaşdır.
Azərbaycanlı Anadili fəalı Əliriza Fərşi aylardır Tehranda zindandadır. Əliriza illərdir İranın Anayasasında yazılmış haqlarını istəyir. O 15 və 19-ci maddələrin uyğulanmasını istəyir. Əliriza illərdir hakimiyyətdən Anadilinin əzizlənməsini tələb edir. Dünya anadili günündə bu günü əzizləmək üçün Ölkə Vəzirliyinə məktub yazıb imza yığır, dəfələrcə qanun çərçəvəsində hərəkət edəcəyini deyir ancaq yenə tutuqlanır və illərcə həbs cəzasına məhkum edilir. Əliriza Fərşi inandığı yoldan başına nə gəlirsə gəlsin vaz geçmədi. O bir vəqf qurdu və Azərbaycanı kənd -kənd gəzib Türkcə kitabxanalar açdı. Əliriza Fərşi İranda rəsmi çap izni alan kitabları alıb uşaqlar oxusun deyə belə xeyir bir iş gördü. Ancaq bu işi belə hakimiyyətin cəzalandırmasına səbəb oldu.
Hal Hazırda Əliriza Fərşi Tehranın Böyük Zindanının 2-ci bəndində saxlanılır. Fərşi tutuqlandığı zaman ittialaat məmurları tərəfindən işkəncə olmuşdu və özəliklə sol gözü yaralanmışdı. Zindanın sağlıq imkanlarının olmaması və yeməklərin keyfiyyətsizliyi Əliriza Fərşini sağlığından etdi. İndi Əliriza Fərşi-nin sol gözü iltihablanıb, habelə ağır diabet xəstəliyi milli fəalın canını yavaş yavaş əridir.
Əliriza Fərşi hətta zindanda tutuqlu olduğu zaman belə təkrar məhkəməlik oldu. Dəqiqələr içində bir halda ki vəkilə əl tapa bilməmişdi təkrar həbs cəzasına məhkum oldu. Əliriza Fərşi bir halda ki 2 illik həbs cəzasını çəkirdi təkrar 4 il 2 ay yeni bir həbs cəzası aldı. Həftələrdir Əliriza Fərşinin gözü iltihablanıb və zindan doktoru dərman olunması üçün zindanın eşiyində bir xəstəxanaya getməsi gərəkdiyini bildirib. Ancaq güvənlik güclərinin basqısıyla Fərşinin dərman olunmasına izin verilmir. Habelə həbs illərində qarşılaşdığı bir ayrı mərizçiliyi Diyabet üçün də ənsolin kimi özəl davalara ehtiyacı var ancaq buna da izin verilmir. Əliriza Fərşi açıq bir şəkildə hakimiyyətin əliylə zindan içində işkəncə olur. Bu durum Azərbaycan fəalları arasında ciddi nigarançılığa səbəb olubdur. Geçdiyimiz günlərdə Əlirizanın doğduğu yer Mərənd və habelə Ərdəbil kimi şəhərlərdə etiraz kağazları dağıdıldı. Habelə sosyal medyada Əliriza Fərşi üçün azadlıq istəyən yüzlərcə paylaşım oldu. Ancaq hər zaman olduğu kimi yenə də İran məqamları bu məsələ qarşısında səssiz qaldılar. Azərbaycan milləti dünən olduğu kimi bu gün də demokrasi və Azadlıq savaşında faşizmə qarşı təkdir. Özlərini demokrat kimi görsədib mərkəzçi müxalif cəryanlar da Əliriza Fərşi-nin durumu haqqında səssiz qalıblar.
Əliriza Fərşi uzun illərdir qanun çərçəvəsində təkcə Ana dilini istəyən bir fəaldır ancaq hakimiyyətin hər türlü əziyyətinə məruz qalıb. Əliriza Fərşiyə olan, əslində İran İslam Cumhuriyyətinin Azərbaycan millətiylə etmək istədiyinin açıq bir misalıdır.