O, bu barədə Ruhullah Xomeyninin dəfn olunduğu yerdəki çıxışında deyib.
Xomeyninin açıqlamalarına toxunan Xamənei üstüörtülü şəkildə fələstinlilərdən Qəzzada atəşkəs üçün İsraillə danışıqlara getməmələrini istəyib.
“Razılaşma müzakirələrinə əhəmiyyət verməyin”,- İran rəhbəri bildirib.
Ekspertlər Əli Xaməneinin bu çıxışını İranın bölgədə sülh və sabitliyin əleyhinə olmasına dair növbəti fakt hesab edirlər.
Ərəb ölkələri və mədəni dünya sülhün bərqərar olması üçün danışıqlara çağırışlar etdikləri halda, İran rəhbərinin bu çıxışı Tehranın gərginliyin artmasında maraqlı olduğunu göstərir.