İran

ƏL ƏHVAZDA SİNFİ VAHİDLƏR BAĞLANACAQ

Əhvaz fərmandarı Camal Alimi Neysi “Sinfi vahidlər özləri iş yerlərini bağlamaq istəməsələr,məcburən bağlatdıracayıq.”-deyə xəbardarlıq edib.
Əl Əhvaz ustanında virusa tutulanların sayı 8 min nəfərə çatıb.
Camal Aliminin sözlərinə görə “Əbdül Məcid, Əl Qədir və Gecə Bazarı tətil olunub, amma başlıca müşkül Kian Bazarı və Sədəf Bazarçasıdır. Bu məsələ Təmin Şurasında və Korona ilə Mübarizə Sitadında müzakirə olunub. Yaxın günlərdə onların da bağlatdırılması ehtimalı çoxdur. 60 quruh, 40 icra gündəlik 4 min sinfi vahidə baxış keçirib və 200 vahid plomblanıb. Əhvazın Cündi Şapur Pezişki Elmləri Danışqahının sözçüsü Əli Ehsanpur deyib ki, bu ustanda koronaya tutulanların sayı 8 minə yaxınlaşıb, ölənlərin sayı isə 380 nəfərə yüksəlib.Ordibehişt ayının 30-na olan məlumata görə 24 saat ərzində ustanda 426 nəfər virusa tutulub. COVİD-19-a tutulanların ümumi sayı 7 min 980 nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button