İran

Ələhvazda baş verən partlayışın təfərrüatları açıqlanıb

Ələhvaz şəhərinin Kianpars bölgəsindəki yaşayış binasında baş verən partlayışla bağlı axtarış əməliyyatları yekunlaşdırılıb. Əməliyyat zamanı bina sakinlərindən 45 yaşlı Məhəmməd Əmin Abdullazadənin cansız bədəni tapılıb. Bununla bağlı Ələhvaz Əyaləti Qızıl Aypara Cəmiyyəti Axtarış və Qurtarma işləri müavini Əli Pəhlivan məlumat verib. Məlumata görə, cümə günü Kianparsun 15 Qərbi xiyavanında yerləşən 6 mərtəbəli binada qaz partlayışı baş verib. Qızıl Aypara Cəmiyyətinin bir Səri Vakuniş, habelə iki Axtarış və Qurtarma timi hadisə yerinə göndərilib. Cümə günü günortadan təxminən 23:45-dək axtarış əməliyyatları davam etdirilib. Qızıl Aypara Cəmiyyətinin müdiri Əli Xudadadinin sözlərinə görə, partlayışda yaralanan 12 nəfər dağıntılar altından çıxarılıb. Məlumata görə, yaralıların hamısı mərizxanaya aparılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button