Əhər-Təbriz yolunda 20 kilodan çox heroin müəyyən edilib. Bu barədə Əhər şəhristanın fərmandehi Sərhəng Qudrət Ağapur jurnalistlərlə danışarkən məlumat verib. Onun sözlərinə görə polis məmurları Pejo Pars maşınından axtarış apardığı zaman 20 k 391G uyuşdurucu maddə kəşf edib. Polis maddənin səndəllər altında və sandıqda gizlədildiyini bildirib. Təqsirləndirilən şəxslər həbs olunub. Məlumata görə uyuşdurucu maddə başqa ustanlardan gətirilib.