“İran–Əfqanıstan tranzit dəhlizi marşrutu Çini açıq sular, Avropa və Afrika qitəsi ilə birləşdirir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində çinlilər hazırda İran–Əfqanıstan dəhlizi layihəsini hazırlayırlar. İran, Əfqanıstan və Çinin iştirakı ilə, yəqin ki, üçtərəfli görüş baş tutacaq”, – deyə İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Komi bildirib .
Çinin “Bir kəmər, bir yol” təşəbbüsü Asiyanı quru və dəniz yolları ilə Afrika və Avropa ilə birləşdirən proqramdır. Məqsəd regional inteqrasiyanı dərinləşdirmək, ticarəti inkişaf etdirmək və iqtisadi artımı stimullaşdırmaqdır.