Azərbaycanİran

Ədalət intizarında: azərbaycanlı siyasi məhbusun həyatı təhlükədədir

Tehranın Evin həbsxanasında edam cəzasına məhkum edilən Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya sosial şəbəkələr vasitəsilə ictimaiyyətə həyəcanlı mesajla müraciət edib.

Qadın bildirib ki, əri İran və İsveç arasında məhbus mübadiləsi siyahısına daxil edilmədiyi üçün iyunun 26-dan aclıq aksiyası keçirir. Bu səbəbdən kişinin səhhətinin ciddi təhlükə altında olduğu bildirilib.

Əhmədrza Cəlali 2016-cı ildə İranda keçirilən akademik konfransda iştirak etdikdən sonra “İsrailin xeyrinə casusluq” ittihamı ilə həbs edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button