Site icon Aznews TV

“Ədalət, azadlıq, milli hökumət”- Təbriz etirazlarında milli şüarlar səsləndirilib

Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan aksiyada Azərbaycan dilində milli şüarlar səslənib.

Etirazçılar “Ədalət, Azadlıq, Milli hökumət”, “biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “durub baxan biqeyrət” şüarlarını səsləndiriblər.

Aksiyadan yayılan görüntülərdə təbrizlilər xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarının hərəkətinin qarşısını almaq üçün təkərləri yandırdıqları görünür.

Aksiyaya qatılan xanımlar Məhsa Əmininin hicaba görə öldürülməsinə etiraz əlaməti olaraq yaylıqlarını atıblar.

Exit mobile version