
Həbs barədə Kərəc şəhərinin İnqilab Məhkəməsi qərar çıxarıb.
O, “hakimiyyətə qarşı təbliğat”da günahlandırılıb.
Bununla yanaşı Pərisa Salehi həbsdən sonra iki il müddətinə sürgün edilməsi və 2 il sosial mediada fəaliyyətinə qadağa qoyulması barədə qərar çıxarılıb.
Qeyd edək ki, Tehran Universitetinin iqtisadiyyat fakültəsinin aspirantı olan Pərisa Salehi, “Dünyayi iqtisad” qəzetinin əməkdaşıdır.