Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Tanınmış ərəb yazıçı Güney Azərbaycan milli fəallarına dəstək verdi

İranda İrqçilik və Anti-Ərəbizmlə Mübarizə Mərkəzinin katibi, İran Yazıçılar Birliyinin üzvü Yazıçı, jurnalist, Yusif Əzizi Bənitorəf Azərbaycanın səkkiz tanınmış fəalına dəstək nümayiş etdirib

Özünün instaqram səhifəsində yazar səkkiz tanınmış fəalın Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə yaydığı bəyanatı dəstəkləyən paylaşım edib.

O, bir neçə gün əvvəl Abbas Lisaninin instaqram səhifəsində həm türk, həm də fars dillərində dərc olunan bəyanatın tam mətnini özünün instaqram və facebook səhifəsində dərc edib.

“Azərbaycan türk millətinin bu şəxsiyyətlərinin və liderlərinin hər biri uzun illər İslam Respublikası həbsxanalarında həbs olunub və işgəncələrə məruz qalıblar.

Mən bir ərəb fəalı olaraq bu türk həmsəngərlərimin tələblərini dəstəklədiyimi bəyan edirəm”-deyə, yazıçı bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button