
Əslən Gilan əyalətinin Rəşt şəhərindən olan Rəhmətullah Vəlinəjadın qətldə ittiham olunduğu və 2016-cı ildən Zabol zindanında saxlanıldığı bildirilir.
Onun edam edilməsi barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası hər hansı bir açıqlama verməyiblər.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə 134 nəfər çox olduğunu bildirib