
Bu barədə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb.
ABŞ-in mesajı Səudiyyə Ərəbistanı, Qətər, İraq və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İrana çatdırılıb.
Eyni zamanda bildirilib ki, İsrail də Amerikadan xüsusi və ümumi xəbərdarlıqlar və güc nümayişi etdirməklə Tehranın reaksiyasını məhdudlaşdırmasını istəyib.
Qeyd edək ki, ABŞ-ın mesajını İrana çatdıran hər dörd ölkədə ABŞ hərbi bazaları var.