
İran dövlətinin ana dilində təhsil xərclərini təmin etməsini istəyən tərh hazırlanıb. Sözügedən tərh məclisin 29 üzvünün müraciəti ilə irəli sürülüb.
Bu tərh belə əsaslandırılıb: “Ana dilində təhsil almaq bir çox insan hüquqlarına aid sənəd və anlaşmalarda, o cümlədən Ana Dili Mənşuru , Dünya Dil Hüquqları E`lamiyəsi, qövmi, milli, dil və dini azlıqlara aid şəxslərin hüquqları ilə bağlı bəyannamənin 3 və 4-cü bəndləri, Uşaq Hüquqları Konvansyonunun 30-cu maddəsi, Beynəlmiləl Mədəni və Siyasi Hüquqlar Anlaşmasının 27-ci maddəsində vurğulanıb.
İran Ana Yasasının 15-ci maddəsində də mədrəsələrdə fars dili ilə yanaşı ana dilində təhsil haqqı vurğulanır”.
Mütəxəssislər nəticə əldə olunmasa da, bunun yaxşı addım olduğunu bildirirlər.