
Tehran Zərgərlər Birliyi başqanı Nadir Bəzrəfşan ölkədə qızıl mağazalarının yüzdə 10-15-nin son aylarda bağlandığını bildirib.
O, müsahibəsində, bu ilin əvvəlindən başlayaraq korona məhdudiyyətləri, uluslararası proseslər və atom anlaşması ilə bağlı xəbərlər, qiymətlərin bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması üzündən qızıl satıcıları cəmi iki ay davamlı fəaliyyət göstərib, qalan aylar isə ya bağlanıb ya da bazarları zəif olub.
Nadir Bəzrəfşan qeyd edib ki, belə bir şəraitdə, çox böyük sərmayəsi olmayan və ya icarə mağaza işlədən qızıl dükanları koronavirus böhranı və bazarın zəifləməsi nəticəsində maliyyə və ictimai zərər görüb, son aylarda isə icarə haqlarını ödəmək imkanı olmayan qızıl mağazalarının yüzdə 10-15-i bağlanıb.